Bakıda YDM-də saxta pulnan ödəniş cəhdi

Bakıda YDM-də saxta pulnan ödəniş cəhdi
Dostuna göndər xəbərdən agah olsun:

Binəqədi rayonu ərazisində saxta 100 manatlıq əskinasla ödəniş etməyə cəhd edən şəxs saxlanılıb.

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, oktyabrın 1-də saat 02:40 radələrində Binəqədi rayonu ərazisindəki yanacaqdoldurma məntəqəsindən həyəcan siqnalı daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gəlib və yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməyə cəhd edən 43 yaşlı R.Novruzovu saxlayıb.

Şübhəli şəxs araşdırma aparılması üçün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə təhvil verilib.

Açar cümlələr: saxta əskinasla ödəniş, Binəqədi saxta pul, Daxili İşlər Nazirliyi, yanacaqdoldurma məntəqəsində saxtakarlıq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45