Bakıda sərxoş halda arvadını döyən kişi həbs olundu
Agah.az xəbər verir ki, Bakının Xəzər rayonunun Türkan qəsəbəsində ailə münaqişəsi zamanı 1973-cü il təvəllüdlü Vəli həyat yoldaşı Səbinəyə xəsarət yetirib. Məlumata görə, mübahisə əsnasında Vəli yumruqla arvadının sağ qoluna bir neçə zərbə vurub. Nəticədə, Səbinə xəsarət alıb. Hadisədən sonra Vəliyə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə Vəli 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və digər məhdudiyyətlər qoyulub. Nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə olunub.
Açar sözlər: ailə münaqişəsi Bakıda, məhkəmə qərarı, qəsdən sağlamlığa zərər
(055) 436-46-45