Ərdoğan: Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər

Ərdoğan: Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq.

Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”.

Türkiyə lideri həmçinin söyləyib ki, İsrailin Livana hücumlarının ağır nəticələri ola bilər: “Bu barədə çox açıq xəbərdarlıq edirəm”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45