Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşdı, sürücü yanaraq öldü
Agah.az xəbər verir ki, Bakı-Qazax yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisində hərəkətdə olan iri tutumlu yanacaq daşıyan maşın idarəetmədən çıxaraq aşmış və yanmağa başlamışdır.
Maşının sürücüsü, 1964-cü il təvəllüdlü Tahir Mehdiyev hadisə yerində ölüb. Maşın rayon sakini Davud Sadiq oğlu Şərifova məxsus həyətə aşıb və yanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Sürücünün cəsədi maşından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Açar sözlər: Bakı-Qazax yolunda qəza, yanacaq daşıyan maşın yanıb, sürücü ölüb, FHN müdaxiləsi
Açar cümlələr: Bakı-Qazax yolunda yanacaq maşını aşdı, Ucarda ağır yol-nəqliyyat hadisəsi, FHN yanğını söndürdü
(055) 436-46-45