Livanda humanitar böhranın qarşısını almaq üçün 400 milyon dollardan çox vəsait lazımdır

Livanda humanitar böhranın qarşısını almaq üçün 400 milyon dollardan çox vəsait lazımdır
Dostuna göndər xəbərdən agah olsun:

BMT və Livan hakimiyyəti beynəlxalq ictimaiyyətə İsrailin Livandakı fəaliyyəti nəticəsində ölkədə yaranmış humanitar böhranın qarşısını almaq üçün 426 milyon dolların ayrılması ilə bağlı müraciət edib.

Agah.az  “İnterfaks”a istinadən xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarənin nümayəndəsi Yens Lerk bildirib.

Bu vəsait növbəti üç ay ərzində münaqişədən zərər çəkmiş bir milyondan çox insana təcili yardım göstərmək üçün lazımdır.

Y.Lerk xatırladıb ki, sentyabrın ortalarından Livanda köçkünlərin sayı misli görünməmiş dərəcədə artıb, ən azı min nəfər həlak olub, daha 6 min nəfər yaralanıb.

O qeyd edib ki, BMT və bir sıra qeyri-hökumət təşkilatları zərərçəkənlərə ərzaq, içməli su, ilkin tələbat malları çatdırmaqla mümkün yardım göstərirlər: “Bunun davam etdirilməsi üçün vəsait lazımdır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45