Məktəb direktoru: “Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər”
“Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər”.
AGAH.AZ oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
Direktor məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər:
“Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Bu qərara müvafiq olaraq Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən dörd vahid geyim formasından birini seçib.
(055) 436-46-45