Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 5 500-ü ötüb
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 710 borcalana 3 milyard 243,137 milyon manat kredit verib.
Bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 500,436 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 512 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
(055) 436-46-45