İmişlidə yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb
İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.
“İmişli 1” ölçü qovşağından qidalanan PE 225 mm-ilk orta təzyiqli “Bəhrəmtəpə” daşıyıcı yeraltı qaz kəmərininin Şahverdilər kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus texnika tərəfindən aparılarkən zədələnib.
Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər başa çatanadək İmişli rayonunun 8 kəndində – Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhrəmtəpə qəsəbəsində (ümumilikdə 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.
(055) 436-46-45