Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Biləsuvarda qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktiki tədbirləri davam etdirirlər.
Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan müxtəlif markalı ov tüfəngləri könüllü şəkildə təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45