Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib, şübhəlilər istintaqa cəlb edilib
Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında keçirilən əməliyyat nəticəsində iki min 511 silah götürülüb, 2 min 310 şübhəli barəsində istintaq başlayıb.
“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 1271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla iki min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.
Nazir bildirib ki, bu istiqamətdə əməliyyat davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45