SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və qardaş Türkiyənin “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında 1 iyun 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, Zonguldak Bülent Ecevit Universiteti nəzdində fəaliyyət göstərən Çaycuma Peşə Məktəbində azərbaycanlı tələbələrin təhsilinin SOCAR tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub və bununla bağlı seçim prosesi uğurla tamamlanıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, Çaycuma Peşə Məktəbindəki tədris proqramı seçilmiş 5 nəfər tələbənin 3 il müddətində neft-qaz sənayesində texniki və praktiki bacarıq qazanmalarına şərait yaradacaq.
Qalib tələbələr 15 sentyabr 2024-cü ildən etibarən Türkiyədə tədrisə başlayıblar.
Qeyd edək ki, SOCAR sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq təhsil və inkişaf sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Bu çərçivədə reallaşdırılan təqaüd və təcrübə proqramları, yalnız şirkətin ehtiyaclarını qarşılanmasına deyil, ölkənin kadr potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
(055) 436-46-45