Biləsuvarda məcburi köçkünlərə məxsus 474 hektar sahədə yay şumu aparılıb
Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərə məxsus əkin sahələrində yay şumu aparılır.
İndiyə qədər 474 hektar sahədə yay şumu aparılıb.
Ümumilikdə isə Cəbrayıl rayonu üzrə 3 617 hektar sahədə yay şum aparılıb. Qaldırılan şumun 3 143 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Gün ərzində sahələrə 60-dan çox traktor cəlb edilir.
Qeyd edək ki, cari ilin payızında 16 300 hektar sahədə səpin aparılması proqnozlaşdırılıb. Aparılacaq səpinin 14 600 hektarının rayonun işğaldan azad edilmiş ərazilərində, 1 700 hektarının isə rayon sakinlərinin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulub.
Şumlama işləri davam etdirilir.
(055) 436-46-45