Cəlilabadda qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib, iki kənd qazsız qalıb

Cəlilabadda qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunun Üçtəpə kəndində vətəndaşlar tərəfindən su xəttinin üzərində qazıntı işləri yerinə yetirilən zaman Üçtəpə və Cəfərxanlı kəndlərini təbii qazla təmin edən yeraltı orta təzyiqli qaz kəməri zədələnib.

Nəticədə Üçtəpə və Cəfərxanlı kəndinin qaz təhcizatı dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi vətəndaşlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45