Bakının Kövkəb Səfərəliyeva küçəsinə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
Sentyabrın 28-də, saat 00:00-dan Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45