Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Xəzər dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar Əliyev, Sehran Bəşirov və Fizuli Quliyev olduğu müəyyən edilib.
Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45