Azərbaycan klubu heyətinə daha bir yerli basketbolçu cəlb edib
“Lənkəran” heyətinə daha bir yerli basketbolçu cəlb edib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda 28 yaşlı müdafiəçi Orxan Abbasovla anlaşıb. Təcrübəli basketbolçu son olaraq “Gəncə”nin formasını geyinib. O, Rusiyanın “Simferopol”, “TimTim”, “Orlan” və “Moskva” klublarında da çıxış edib.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl yerli basketbolçular Rəşid Abbasov, Zumrat Ankbazov, Varid Ağasızadə və Mirməcid İsmayılovu heyətinə qatıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45