Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır
Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır.
Bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə tərəflər arasındakı müharibənin diplomatik yolla həllinin tərəfdarıdır: “Tərəflər İstanbulda sülhə çox yaxın idi. Amma bəzi güclər istəmədiyinə görə bu, alınmadı”.
N.Kurtulmuşun fikrincə, Rusiyasız danışıqlar masasının qurulması mümkün deyil.
Türkiyə parlamentinin sədri, həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb: “Biz regionda sülhün əldə olunmasında maraqlıyıq”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45