Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib

Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib
Dostuna göndər xəbərdən agah olsun:

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.

 

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, “Araz-Naxçıvan” 700 manat ödəməli olacaq.

 

Buna Naxçıvan təmsilçisinin 5 üzvünün VII turda “Turan Tovuz”a qalib gəldikləri (2:1) matçda sarı vərəqə ilə cəzalandırılmaları səbəb olub.

 

Tovuz təmsilçisinə isə meydana kənar əşyalar atıldığına görə 800 manat cərimə tətbiq edilib.

 

“Səbail” klubu da 700 manat ziyana düşüb. “Dənizçilər”in 7 oyunçusu “Sabah”a uduzduqları (2:4) görüşdə sarı vərəqə alıb. Meydan sahiblərinə xəbərdarlıq da edilib. Buna azarkeşlər tərəfindən qonaq komandanın və hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.

 

“Sabah” 4 futbolçusu sarı vərəqə gördüyü üçün eyni məbləği ödəyəcək.

 

“Sumqayıt” isə “Zirə”yə yenildikləri (0:2) oyunda əsasnamənin tələblərini pozduğu üçün 500 manat ziyana düşüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45