Daşkəsəndə Avtomobil Dərəyə Aşıb: Ölən və Yaralanan Var

Daşkəsəndə Avtomobil Dərəyə Aşıb: Ölən və Yaralanan Var
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daşkəsən-Əmirvar yolunun 15-ci kilometrliyində baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Hadisə kənd sakini Eşqin Arzu Əhmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin əlverişsiz hava şəraiti səbəbindən yolun kənarındakı plakata çırpılması ilə baş verib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə düşüb. Qəza nəticəsində sürücü Eşqin Əhmədov hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin Mehman İsrəfilov isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(foto şərtidir)

Açar Sözlər: Daşkəsən yol qəzası, VAZ-2106 dərəyə aşıb, ölüm və yaralanma, Daşkəsəndə qəza.

Açar Cümlələr: Daşkəsəndə avtomobil dərəyə aşıb, VAZ-2106 markalı avtomobil qəzası, Daşkəsən yol qəzası.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45