Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili öyrədiləcək

Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili öyrədiləcək
Dostuna göndər xəbərdən agah olsun:

Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili tədris olunacaq. Onlar təxminən bir ilə türk dilini öyrənə biləcəklər.

 

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvada Yunus Emre İnstitutunda çıxışı zamanı deyib.

 

O bildirib ki, Türkiyə ilə Rusiya arasında dostluq əlaqələrinin ən mühüm komponentlərindən biri türk dilidir: “Dünyanın bir çox ölkəsində insanlar türk dilində kifayət qədər yaxşı danışırlar”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45