Sosial Şəbəkələrdə Yeni Fırıldaq: Yüzlərlə insanların pulu batmaqdadır
Agah.az xəbər verir ki, son zamanlar Telegram və Instagram kimi sosial şəbəkələrdə yeni bir fırıldaq ortaya çıxıb. Fırıldaqçılar dostlarınızın profil şəkli və adından istifadə edərək tanışlarınıza “təcili pul lazımdır” mesajı göndərir və pul istəyirlər. Artıq bu üsulla onlarla şəxsin adından yüzlərlə insandan pul əldə edilib.
Agah.az-ın redaksiyasına daxil olan məlumatlara əsasən, bu fırıldaq xüsusilə adi insanların hesabları üzərindən həyata keçirilir. Dostlarınızdan və ya tanışlarınızdan belə bir mesaj aldıqda diqqətli olun. Bu saxtakarlıq sizin və ya yaxınlarınızın başına da gələ bilər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45