Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb
Dostuna göndər xəbərdən agah olsun:

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

 

Hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.

 

Belə ki, “Bakcell” şirkətinin əməkdaşı olduğu bildirilən Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

 

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45