Nyu-York polisi dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən ermənini həbs edib-YENİLƏNİB+FOTO
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.
Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyir. Polis hadisəyə dair foto və videoları incələyir.
Aksiya iştirakçılarının sorğusu davam edir.
00:02
ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.
“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.
Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.
Dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.
Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.
Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.
Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.
(055) 436-46-45