AMB 24 sığorta agenti ilə bağlı qərar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib, 19 fizki şəxsə və 2 hüquqi şəxsə (“Arzular Ser” və “AZ Group Sığorta Agentliyi” MMC-lər) verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini isə bərpa edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.
Lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, sığorta agentlərinin nöqsanları aradan qaldırması nəzərə alınaraq qəbul olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45