AFFA prezidenti UEFA-nın tədbirində iştirak edib
AFFA prezidenti Rövşən Nəcəf Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində keçirilən toplantıda iştirak edib.
Tədbirdə AFFA prezidenti ilə yanaşı, icraçı vitse-prezident Sərxan Hacıyev də iştirak ediblər.
Toplantı çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45