Azərbaycanda ESG standartları üzrə vahid rəqəmsal platformanın məqsədi açıqlanıb
Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platformanın əsas məqsədi milli və qlobal inkişaf məqsədlərini dəstəkləməkdir.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycan ofisinin Tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşaviri Ülviyyə Əkbərova platforma konsepsiyanın təqdimatında bildirib.
Onun sözlərinə görə, həmçinin platforma ilə dövlət və özəl sektorda ESG standartlarının tətbiqi, onlarla bağlı səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi, inkişaf və əməkdaşlıq imkanının yaradılması, resurs paylaşımı, məlumat mübadiləsi nəzərdə tutulur.
“Əsas missiyamız birgə səylər vasitəsi ilə davamlı inkişafı dəstəkləmək və ESG təşəbbüslərini tətbiq etmək istəyən maraqlı tərəflər üçün resurslar və netvorkinq imkanları təmin etməkdir”, – deyə BMT rəsmisi əlavə edib.
(055) 436-46-45