Bakıda COP29 çərçivəsində 350 elektrik avtobusu istifadəyə veriləcək

Bakıda COP29 çərçivəsində 350 elektrik avtobusu istifadəyə veriləcək
Dostuna göndər xəbərdən agah olsun:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

Agah.az xəbər verir ki, bu barədə COP29-un sədrliyinin “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilib. Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək tədbirə hazırlıq prosesində mühüm irəliləyişlər əldə olunub.

Son yeniliklər arasında Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusunun istifadəsi və “bnetwork” vasitəsilə əlavə 4 000 otağın əlçatan olması daxildir. Eyni zamanda, tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Açar cümlələr: COP29 hazırlıqları, elektrik avtobusları, Bakı Olimpiya Stadionu, iqlim dəyişikliyi tədbirləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45