Bakıda COP29 Konfransı: 90 min qonaq gözlənilir
Noyabr ayının 11-dən 24-ə qədər davam edəcək COP29 tədbiri zamanı paytaxta dünyanın müxtəlif ölkələrindən təxminən 90 minə yaxın insan gələcək.
Agah.az xəbər verir ki, konfransla bağlı hazırlıq prosesi artıq yekunlaşmaqdadır. Tədbir ərzində Bakıdakı təhsil müəssisələrinin onlayn rejimdə fəaliyyət göstərəcəyi dəqiqləşib.
Millət vəkili Elman Nəsirov, COP29 tədbirinin Azərbaycan üçün önəmini vurğulayaraq bildirib ki, dünyanın müxtəlif ölkələrindən 80-90 min qonağın gəlməsi gözlənilir. “Bu mühüm tədbir, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun təntənəsidir,” – deyə o qeyd edib.
Deputat əlavə edib ki, tədbir ərzində bir sıra müəssisələrin də onlayn fəaliyyətinə keçməsi nəzərdə tutulur. “80-90 min insanın Azərbaycana gəlişi nəqliyyatda və digər sahələrdə məhdudiyyətləri özündə ehtiva edəcək,” – deyə Nəsirov vurğulayıb.
Bu tədbirin, eyni zamanda, Azərbaycan və Ermənistan arasında başlanan sülh prosesinin mühüm tərkib hissəsi olduğunu da qeyd edən Nəsirov, “Azərbaycan bir daha bütün dünyaya öz gücünü göstərir,” – deyə əlavə edib.
COP29, Bakıda beynəlxalq tədbir, qonaq sayı
(055) 436-46-45