Paytaxtda silsilə oğurluq hadisələri baş verib
Agah.az xəbər verir ki, paytaxt Bakıda bir sıra oğurluq hadisələri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Maştağa qəsəbəsində bir həyətdən 2000 manat dəyərində darvaza, digər həyətdən 700 manat dəyərində su çəni, bir evdən isə 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən 38 yaşlı T. Əhmədov və 26 yaşlı A. Hacızadə saxlanılıb. Hər iki şəxs əvvəllər eyni cinayətlərə görə məhkum olunmuş şəxslərdir.
Faktlarla bağlı araşdırmalar davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45