Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Məmmədov dəfn olunub
Agah.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra qalıqları aşkarlanan Mübariz İlyas oğlu Məmmədovun şəxsiyyəti müəyyənləşdirildikdən sonra o, Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mübariz Məmmədov 1966-cı il avqustun 13-də Tovuz şəhərində anadan olub və 1992-ci il sentyabrın 29-da Ağdamın Sırxavənd kəndində döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Ağdam rayonundakı kütləvi məzarlıqda tapılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45