Prezident İlham Əliyev: “Dövlət Suverenliyi Gününü birlikdə Xankəndidə qeyd edirik”

Prezident İlham Əliyev: “Dövlət Suverenliyi Gününü birlikdə Xankəndidə qeyd edirik”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Dövlət Suverenliyi Günü münasibətilə Xankəndidə keçirilən tədbirdə çıxış edib. Prezident İlham Əliyev Azərbaycanın bu günü birlikdə qeyd etdiyini vurğulayıb və 20 sentyabrın ölkədə geniş şəkildə qeyd ediləcəyinə əminliyini ifadə edib.

“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45