Livanda peycerlər nəyə görə istifadə olunurdu?

Livanda peycerlər nəyə görə istifadə olunurdu?
Dostuna göndər xəbərdən agah olsun:

Peycer olaraq bilinən bu ünsiyyət cihazları səsli mesaj və ya sms qəbul etmək kimi xüsusiyyətlərə malikdir. İsrail Həmas-ın bomba üzrə mütəxəsisi Yahya Ayyaşı mobil telefonla öldürdükdən sonra mobil telefonlar “Hizbullah” üzvləri tərəfindən etibarlı hesab olunmadığı üçün istifadə olunmur.

Hizbullah üzvləri mobil rabitə vasitələrinin İsrail tərəfindən izlənə biləcəyindən qorxduqları üçün mobil telefonlardan istifadə etməkdən çəkinirlər. Bu səbəbdən peycerlər onların əsas rabitə vasitəsi olub.

Livan rəsmiləri çərşənbə axşamı ictimaiyyətə xəbərdarlıq edərək, simsiz rabitə cihazlarından uzaq durmalarını tövsiyə ediblər. Onlar, əlavə xəbərdarlığa qədər simsiz cihazlardan istifadənin təhlükəli ola biləcəyini vurğulayıblar.

Livanda hansı marka peycer partladı?
Partlamış peycerlərin fraqmentlərində görünən etiketlər, Rugged Pager AR-924 modelinə işarə edir. Lakin bu modelin Tayvanlı istehsalçısı “Gold Apollo” partlayışlarla hər hansı bir əlaqəsi olduğunu inkar edib. Şirkət, AR-924 peycerlərinin partlayışlarla əlaqəli olduğuna dair iddiaları rədd edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45