Livanda peycer partlayışları işində kimlərin əli olduğu ortaya çıxdı

Livanda peycer partlayışları işində kimlərin əli olduğu ortaya çıxdı
Dostuna göndər xəbərdən agah olsun:

İsrailin Livanda peycer partlayışları ilə bağlı mürəkkəb əməliyyatı uzun müddət hazırladığı ortaya çıxıb.

“The New York Times”ın mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail partlayışlar üçün saxta peycer istehsalçısı kimi çıxış edən bir şirkət yaradıb. Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” bu əməliyyatın ön hissəsini təşkil edib, lakin daha iki saxta şirkət də əməliyyatda iştirak edib. Bu şirkətlər İsrail kəşfiyyatının əməkdaşları tərəfindən idarə olunub.

Partlayışlarda istifadə olunan “AR-924” modelli peycerlərin istehsal hüququ Tayvanın “Gold Apollo” şirkətinə aid olsa da, “BAC Consulting”in yalnız vasitəçi olduğu müəyyən edilib. Bununla belə, Bolqarıstanın “Norta Global Ltd” şirkəti peycerlərin Livana çatdırılmasını təşkil edib və bu cihazlar “Hizbullah” hərəkatına satılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazlar heç vaxt Macarıstanda olmayıb və “BAC Consulting” yalnız Bolqarıstanın izini gizlətmək məqsədi ilə istifadə olunub. Beynəlxalq araşdırma İsrailin rolunu və peycerlərin terror silahına çevrilməsinin bütün təfərrüatlarını öyrənmək üçün davam edir.

Xatırladaq ki, sentyabrın 17-18-də Livanda, o cümlədən Beyrutun cənub ətrafında kütləvi peycer partlayışları baş verib. Partlayan peycerlər “Hizbullah” hərəkatına aid olub və hadisə nəticəsində onlarla insan həyatını itirib, minlərlə insan yaralanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45