Yaponiyanın “Icom” şirkəti Livanda peycerlərin partlaması barədə açıqlama verdi
Yaponiyanın “Icom” ratsiya istehsalçısı, Livanda baş verən partlayış hadisəsi ilə hər hansı bir əlaqəsinin olmadığını bəyan edib.
TASS-a istinadən verilən məlumata görə, şirkət bu açıqlamanı “IC-V82” modelinin kiberhücum nəticəsində partladığı barədə yayılan xəbərlərə cavab olaraq verib. Bildirilir ki, bu model 2004-2010-cu illər arasında istehsal edilib və Yaxın Şərq də daxil olmaqla bir çox ölkəyə ixrac olunub.
“Icom” həmçinin bu modelin satışının 10 il əvvəl dayandırıldığını və hazırda həmin məhsulun təchiz olunmadığını vurğulayıb. Şirkət partlayışda iştirak edən ratsiyaların orijinallığına şübhə ilə yanaşaraq, görüntülərdə orijinal məhsulları işarələyən holoqrafik stikerlərin olmadığını qeyd edib.
Bundan əlavə, “Icom” Yaponiya qanunvericiliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin ixrac nəzarəti qaydalarına ciddi riayət etdiyini və yalnız rəsmi distribütorlarla əməkdaşlıq etdiyini bir daha vurğulayıb.
(055) 436-46-45