Azərbaycanda gələn il əhalinin gəlirlərinin 90 milyard manata çatacağı proqnozlaşdırılır

Azərbaycanda gələn il əhalinin gəlirlərinin 90 milyard manata çatacağı proqnozlaşdırılır
Dostuna göndər xəbərdən agah olsun:

2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirlərinin 90,1 milyard manata çatacağı proqnozlaşdırılır.

 

Bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya xəbər verir.

 

Məlumata görə, ölkədə əhalinin gəlirləri 2026-cı ildə 97,1 milyard manata, 2027-ci ildə 104,5 milyard manata, 2028-ci ildə isə 112,5 milyard manata çatacaq.

 

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 53 milyard 947,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45