Ermənistan “Miss Star International”-da transgender “tarixi” yazır

Ermənistan “Miss Star International”-da transgender “tarixi” yazır
Dostuna göndər xəbərdən agah olsun:

Ermənistanı bu dəfə gözəllik yarışmasında transgender təmsil edəcək.

Agah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin dekabr ayında Braziliyada keçiriləcək “Miss Star International” beynəlxalq gözəllik müsabiqəsində Ermənistanı transgender model Diana Gzroyan təmsil edəcək. Diana Gzroyan bu müsabiqədə iştirakının diskriminasiyaya və bərabərsizliyə qarşı mübarizə aparmaq üçün böyük fürsət olduğunu vurğulayıb.

Lakin bu qərar Ermənistanda ciddi mübahisələrə səbəb olub. Bəzi dairələr, ölkədə mövcud olan vacib problemlərin fonunda belə bir təmsilçiliyi milli dəyərlərə və ənənələrə zidd addım kimi qəbul edir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45