Polşa astronomları yeni ekzoplanet kəşf ediblər
Polşanın Torun şəhərindəki Nikolay Kopernik Universitetinin astronomları Böyük Ayı bürcündə yeni ekzoplanet kəşf ediblər.
Bu barədə “Astronomy & Astrophysics” jurnalı məlumat yayıb.
Alimlərin fikrincə, bu yeni göy cismi Günəş sistemindəki ən böyük obyektlərdən xeyli böyükdür.
Qeyd olunub ki, ekzoplanetin kütləsi Yupiterin kütləsindən 11 dəfə böyükdür və o, 14 il ərzində ulduzun ətrafında tam dövrə vurur. O, öz ulduzundan altı astronomik vahid məsafədə yerləşir və temperaturu təxminən mənfi 100 dərəcədir.
Astronomlar planetin cazibə qüvvəsinin təsiri altında ulduzun hərəkətindəki dəyişiklikləri qeydə alan Doppler müşahidə metodundan istifadə ediblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45