Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

 

Qəza rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı avtomobil toqquşub.

 

Nəticədə “Opel”in sürücüsü R.Məmmədov və maşındakı sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45