“Formula-1”: “Uilyams” komandasının pilotu qəza törədib
“Formula-1″ üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşləri zamanı daha bir pilot qəza törədib.
Uilyams” komandasının sürücüsü Franko Kolapintonun idarə etdiyi bolid baryerlərə çırpılıb. Argentinalı gənc sürücü 4-cü döngənin girişində səhvə yol verib, maşın əvvəl arxa sol, daha sonra isə ön sol təkərlə qoruyucu baryerlərə çırpılıb.
Marşallar operativ şəkildə “Uilyams” bolidini təxliyə ediblər və qırmızı bayraqlarla dayandırılan sessiya davam etdirilib.
Qeyd edək ki, daha öncə Şarl Lekler də 15-ci döngədə qəzaya uğramışdı.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45