Bakıda qəza səbəbindən sıxlıq yaranıb

Bakıda qəza səbəbindən sıxlıq yaranıb
Dostuna göndər xəbərdən agah olsun:

Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb.

 

Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45