Mingəçevirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə olunduğu xəstəxanada ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, sentyabrın 2-də baş verən hadisə zamanı ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45