Paralimpiya mükafatçısı: Bürünc medal 19 yaşımda mənim üçün çox böyük uğurdur

Paralimpiya mükafatçısı: Bürünc medal 19 yaşımda mənim üçün çox böyük uğurdur
Dostuna göndər xəbərdən agah olsun:

Bu, 19 yaşımda mənim üçün çox böyük uğurdur.

 

Bunu “Report” a açıqlamasında Azərbaycan paratakevondoçusu Sabir Zeynalov (58 kq) deyib.

 

19 yaşlı idmançı Paris-2024-dəki çıxışı haqqında danışıb:

 

“Yay Paralimpiya Oyunlarında üçüncü yeri tutdum. Bu, 19 yaşımda mənim üçün çox böyük uğurdur. Düzdür, nəticəm daha yaxşı ola bilərdi. Mən buna qadir idim. Döyüşdə aldığım iki cərimə məni geri saldı. Son saniyələr idi deyə məğlub oldum. Sonra tailandlı rəqibimi məğlub etdim və üçüncü yeri tutaraq bayrağımızı dalğalandırdım. Çox qürurverici hissdir”.

 

S.Zeynalov 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimiya Oyunlarında çempionluğu hədəflədiyini söyləyib:

 

“Parisdən Vətənə birinci yerin sahibi kimi qayıtmaq istərdim, lakin qismət belə oldu. Hədəfim 2028-ci ildə keçiriləcək paralimpiadadan Azərbaycana çempion kimi qayıtmaqdır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45