İsveçin yeni xarici işlər naziri bəlli olub
İsveçin miqrasiya məsələri üzrə sabiq naziri Mariya Malmer Stenerqard yeni xarici işlər naziri təyin edilib.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Ulf Kristersson çərşənbə axşamı parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən deyib.
“Hökuməti çox yaxşı tamamlayacaq iki yeni nazir olacaq. Mariya Malmer Stenerqard xarici işlər naziri təyin ediləcək”, – o bildirib.
Baş nazir, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa verdiyini açıqlayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45