Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd qazsız qalıb
Biləsuvar rayonunda qazıntı işi aparılarkən qaz xəttinin zədələnməsi nəticəsində iki kəndin qaz təchizatında fasilə yaranıb.
Rayonun Arazbarı kəndində internet xətti çəkən şirkət tərəfindən aparılan qazıntı işinin gedişində polietilen qaz xətti zədələnib.
Qaz sızması ilə əlaqədar rayonun Səmədabad və Arazbarı kəndlərində 550 abonentinin qaz təminatı dayandırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45