Paytaxtda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Paytaxt Bakıda avtomobil piyadanı vurub
Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Akif Ələkbərli idarə etdiyi “Daevoo” markalı marşrut avtobusu ilə piyada – 1971-ci il təvəllüdlü Elmidar Xudiyevi vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.