Naxçıvan Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinə yeni rəis təyin edilib

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinə yeni rəis təyin edilib.

“AGAH.AZ”ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Kamran Əliyevin digər əmrinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a məlumatı təsdiq ediblər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45