Xətai rayonunda daha bir ev qarət edilib
Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Xətai rayon ərazisindəki evlərin birindən 1500 manat oğurlanıb.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Hazırda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45