Səbail rayonunda yolların asfaltlanması işləri davam edir

Səbail rayonunda yolların asfaltlanması işləri davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi məqsədilə respublikamızın bütün ərazilərində, o cümlədən Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

2024-cü il ərzində Səbail rayonu ərazisində yolların asfaltlanması ilə əlaqədar görülən işlər çərçivəsində 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsi 19 və Salyan yolu 16 ünvanlarında yollara yeni asfalt örtüyü çəkilmişdir.

Qeyd edək ki, son 6 il ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfaltlanma işləri aparılmışdır. Cari il ərzində təmirə ehtiyacı olan yollarda əsaslı təmir işlərinin davam etdirilməsi və yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə həyata keçirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45