Zelenski nazirləri işdən çıxarmasının səbəblərini açıqlayıb

Zelenski nazirləri işdən çıxarmasının səbəblərini açıqlayıb
Dostuna göndər xəbərdən agah olsun:

Bu gün Ukrayna Nazirlər Kabinetində vəzifədən azad edilmələr dövləti gücləndirmək üçün lazımdır.

 

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı deyib.

 

“Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenilənməsi barədə danışmışam. Dörd il yarım, bəziləri isə beş il ərzində Ukrayna üçün və ukraynalılar naminə işləyən Nazirlər Kabinetinin bütün komandasına və nazirlərə çox minnətdaram”, – o bildirib.

 

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün ölkənin yeni enerjiyə ehtiyacı var.

 

“Bu addımlar dövlətimizin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır, beynəlxalq siyasət və diplomatiya da istisna deyil”, – V.Zelenski qeyd edib.

 

Eyni zamanda prezident əlavə edib ki, nazirlərin işdən çıxarıldıqdan sonra konkret olaraq nə ilə məşğul olacaqlarını hələ proqnozlaşdıra bilmir. “Bunun cavabı onlara bu və ya digər vəzifələr təklif olunanda bəlli olacaq”, – o vurğulayıb.

 

Bu gün Ali Rada Olqa Stefanişinanın Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini, Ruslan Streletsin ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri, Aleksandr Kamışinin strateji sənaye naziri, Denis Malyuskanın isə ədliyyə naziri vəzifəsinən azad edilməsinin lehinə səs verib.

 

Dünən xarici işlər naziri Dmitri Kuleba da istefa verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45