Livan İsrail ərazisini atəşə tutub
İsrailin şimal rayonları Livan ərazisindən yenidən güclü atəşə tutulub.
“Agah. Az” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrailin şimalına ümumilikdə 65-ə yaxın mərmi atılıb. İsrailin hava hücumundan müdafiə qüvvələri raketlərin bir hissəsini zərərsizləşdirib, digərləri isə yaşayış olmayan ərazilərə düşüb.
Bəzi ərazilərə mərmi qalıqlarının düşməsi nəticəsində yanğınlar başlayıb və hazırda xilasetmə xidmətləri onların söndürülməsi ilə məşğuldur.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45